Doğru nəfəs uğur qazanmağın başlıca şərtidir.

Həyat nəfəsdən başlayır. Odur ki, ilk paylaşım da məhz #nəfəs haqqında olacaq.İndi oxuyacağınız məlumatdan sonra  uğur qazanan insanların düzgün nəfəs alaraq,necə uğur qazandığına şahid olacaqsınız.Belə ki,  Dünya Şahmat Çempionu Bobby Fischer'ın çempionata  həm zehni həm də fiziki olaraq hazırlanmaq üçün qaldığı otelin hovuzunda uzun davamlı su altında üzmə məşqləri etməsi və təzyiqə dayanıqlılığını artırmaq üçün də su altında nəfəs tutma məşqləri etməsi adamı təəccübləndirir. Lakin o,bunun sayəsində 1,5-2 saat çəkən yarışlarda rəqibi üzərində üstünlük əldə edirdi.Çünki beyinə daha çox oksigen getdiyi üçün zehni daha aktiv olurdu.Beləliklə də, ağciyərləri ilə yanaşı beynini də inkişaf etdirirdi.
Artıq elmə məlumdur ki, düzgün nəfəs alma texnikası ilə bir çox xəstəliklərin müalicəsi də mümkündür. Düzgün nəfəs alaraq, beynimizdə dinclik yarada bilərik, ayıq-sayıqlığımızı artıra bilərik.
Digər tərəfdən, doğru və idarəli nəfəs alıb verməyimizin bir çox faydası vardır. Məsələn, ürəyin ritminin düzəlməsi ilə qan təzyiqinin düşməsi, qan dövranının sürətlənməsi, həzmin asanlaşması, stresslə daha asan mübarizə, anti-depressiya dərmanlarından asılılığı və yuxu pozğunluğunu məhv etmək bunlardan bir neçəsidir.

Bu faydaları düşünərkən  gündəlik yaşamamızda «Necə doğru nəfəs alıb verməliyik?» sualını cavablandırmalıyıq. Dünya Sağlamlıq Təşkilatının standartlarına görə doğru nəfəs alma dedikdə aşağıdakılar nəzərdə tutulur:
🔻Ciyərlər dəqiqədə 4 və ya 6 litr hava ilə doldurmaq; 
🔻Nəfəs alıb verərkən sinə yerinə diafraqmanı hərəkət etdirmək: Çünki diafraqmanın istifadə edilməsi daha ağır və hər dəfə daha çox hava tənəffüs etməyimizi təmin edir. Diafraqmanın hərəkət etməsi qarın bölgəsindəki orqanları masaj edərək sinə və qarın boşluğundakı təzyiq fərqliliyini aradan qaldırır. Mədə və öd kisəsinin yuxarı hərəkətinə maneə törədərək  reflyuks (mədə suyunun yemək borusuna və daha yuxarıya qalxması) və müxtəlif öd kisəsi xəstəliklərinə qarşı faydalıdır.


🔻Tənəffüs ağız əvəzinə burundan etmək ( Ağızdan nəfəs almaq nazal bölgədə və bronxlarda arzuolunmaz mukozal ifraza yol aça bilər).


Yorumlar

Bu blogdaki popüler yayınlar

Ozguven.Ozune.hormet. Ozsevgi anlayislari

Ugurlu insan.Eslinde qipte olunan insan.

Ani yasamaq, heyatimizin ferqinde olmaq Taleyimizi deyisdire biler.