Kayıtlar

Mayıs, 2019 tarihine ait yayınlar gösteriliyor

Təlqinlər

    Insan doğulan andan etibarən göz açdığı dünyanı qavramağa cəhd edir.Yəni özündə düşüncə qəlibini   formalaşdırır.İstər bunu ətrafdakıların təlqini ilə,istərsədə öz təcrübələrinə əsaslanaraq bütün obyektlər,mücərrəd anlayışlar   haqqında ümumi fikrə, dəyərə sahib olur.Əvvəlcədən tanımadığımız   obyektlər bizim üçün neytral   mövqedə olur. Valideynlərimiz,müəllimlərimiz vasitəsiylə yaşadığımız coğrafiyanın   mental və mədəni mühitinə uyğun   olaraq dünya ilə ilkin tanışlığımız yaranır.məs; bir azərbaycanlı uşaq inəyə süd verən, əti yeyilən bir canlı kimi,bir hindistanlı uşaq isə müqəddəs varlıq kimi yanaşır. Eyni zamanda bizim dünyanı kəşf edərkən öz şəxsi təcrübələrimizə əsaslanaraq öyrəndiklərimiz də var. Məs; ilk dəfə evlərində siçan görən uşaq, (beyin təmamilə neytraldır) onun təhlükəli olduğunu anlamadan ona toxunur,oynayır və onun evcil olduğu qənaətinə gəlir. Və ya təmamilə əksi olur, siçan uşağı dişləyir və uşaq siçandan   uz...