Təlqinlər


    Insan doğulan andan etibarən göz açdığı dünyanı qavramağa cəhd edir.Yəni özündə düşüncə qəlibini  formalaşdırır.İstər bunu ətrafdakıların təlqini ilə,istərsədə öz təcrübələrinə əsaslanaraq bütün obyektlər,mücərrəd anlayışlar  haqqında ümumi fikrə, dəyərə sahib olur.Əvvəlcədən tanımadığımız  obyektlər bizim üçün neytral  mövqedə olur. Valideynlərimiz,müəllimlərimiz vasitəsiylə yaşadığımız coğrafiyanın  mental və mədəni mühitinə uyğun  olaraq dünya ilə ilkin tanışlığımız yaranır.məs; bir azərbaycanlı uşaq inəyə süd verən, əti yeyilən bir canlı kimi,bir hindistanlı uşaq isə müqəddəs varlıq kimi yanaşır. Eyni zamanda bizim dünyanı kəşf edərkən öz şəxsi təcrübələrimizə əsaslanaraq öyrəndiklərimiz də var. Məs; ilk dəfə evlərində siçan görən uşaq, (beyin təmamilə neytraldır) onun təhlükəli olduğunu anlamadan ona toxunur,oynayır və onun evcil olduğu qənaətinə gəlir. Və ya təmamilə əksi olur, siçan uşağı dişləyir və uşaq siçandan  uzaq durmaq fikrinə qapılır və yaxud da sadəcə mickey mouse cizgi filminə baxıb onun sevimli,şirin əyləncə qəhrəmanı olduğunu mənimsəyir. Bu mənimsədiyi fikirləri ömür boyu özü ilə daşıyır,nə vaxtsa hardasa siçan və ya inək görəndə beynində qəbul etdiyi dəyərlər əsasında ondan fayda görəcək və ya qorxacaq.Bu vəziyyətə uyğun bir atalar sözü də var: uşağın ilan boğan vaxtıdır. Halbuki ilanı təhlükə mənbəyi kimi qəbul etmiş olsa yaxınına da getməz. Beləliklə də həyatımızın qalan ,həm də böyük hissəsini dünya ilə ilkin tanışlığımız müəyyən edir.İndi isə təsəvvür edin ki, hər cür ünsiyyət və sosial münasibətlərin təməlini biz necə və hansı formada qurmuş oluruq. Bizə olunan təlqinlər hər zamanmı bizə fayda verə bilir ?uşaqlarınızı da   təlqin etmədiyinizə inanırsınızmı?
    İnsanın dünyaya göz açdığı ilk yeddi il  bütün hətanının 80-90% -ni  müəyyən edir. Uşağın beyni ağ kağız kimidir,nə yazsan qəbul edəcək fikri hamımıza tanışdır.Bu yeddi il ərzində insan yuxu ilə reallıq arasında gedib-gəlir. Yeni doğulan körpənin bio-frekansı delta(0,1-4 hz)olur ,böyüdükcə isə theta (4-7hz) dalğasına keçir. Delta ən dərin yuxu frekansıdır,ancaq körpələrdə müşahidə olunur.Buna görə də yeni doğulmuş körpələr çox yatır və dünyanı yuxuda ikən öyrənir. Theta frekansı isə beynin hipnoza hazır olduğu frekansdır.Böyüklər bu frekansda yuxuda ikən olurlar.Səkkiz yaşına qədər uşaqlar isə günlərini bu frekansda keçirir.Hipnoz vəziyyətində ikən ətrafındakıların söhbətləri belə usağın şüur altına  yazılır, televizorda və telefonda gördüklərinə baxıb hipnoz olur,yaşadığı cəmiyyətə,ətrafına uyğunlaşır.Hipnoz vəziyyətində şüursuz şəkildə qəbul edir bütün gördüklərini.Buna görə də uşaqlar tez öyrənir,xəyal gücü geniş olur.
     Bəs insan beynini necə yenidən proqamlaşdıra bilər? Uşaqlığımıza qayıda bilmərik,düzdür,ancaq həmin bio-frekansa keçməklə istədiyimiz təlqinləri beynimizə verə bilərik. Üstəlik bunu qeyri-ixtiyari şəkildə hər gün edirik.Axşamlar yatarkən və səhər oyanarkən beynimiz alfa frekansında olur.Yəni beynimiz yeni informasiyaları almaq üçün ən uyğun vəziyyətində olur.Bu vaxtlarda nəinki təlqin etmek olar,hətta yeni dil öyrənmək üçün də ən ideal vaxtdır.Amma beynimiz kiçik bir şərt daxilində bu qanuna tabe olur. 21 gün  qaydası ilə,yəni təkrar təkrar təkrar ... etməklə.Beynimizdəki neyronlar minimum 21 gün ərzində bu təlqinləri alışqanlığa çevirə bilir.Bəzən isə 40 gün kimi qeyd olunur bu.
Beynimizin bu xüsusiyyətini  öyrəndikdə məni başqa bir fikir daha təəccübləndirdi.Quranı oxuyarkən daha əvvəllər rast gəldiyim   Bəqərə surəsinin (31-ci ayə) “ ALLAH Adəmə bütün əşyaların adlarını öyrətdi  (yəni )sonra mələklərə göstərib dedi :doğru danışanlardansınızsa bunların adlarını mənə deyin! “ayəsində vurğulanan fikir ilk oxuyarkən mənə adi fikir kimi görünmüşdü.indi isə düşünürəm ki, uşaqların inkişafında ən vacib amil ,onlara dünyanı məqsədyönlü şəkildə izzah etməkdir.Bu onların gələcək həyatlarında gərəkləri olacaq.

  


   



Yorumlar

Bu blogdaki popüler yayınlar

Ozguven.Ozune.hormet. Ozsevgi anlayislari

Ugurlu insan.Eslinde qipte olunan insan.

Ani yasamaq, heyatimizin ferqinde olmaq Taleyimizi deyisdire biler.