Təlqinlər
Insan doğulan andan etibarən göz açdığı dünyanı qavramağa cəhd edir.Yəni özündə düşüncə qəlibini formalaşdırır.İstər bunu ətrafdakıların təlqini ilə,istərsədə öz təcrübələrinə əsaslanaraq bütün obyektlər,mücərrəd anlayışlar haqqında ümumi fikrə, dəyərə sahib olur.Əvvəlcədən tanımadığımız obyektlər bizim üçün neytral mövqedə olur. Valideynlərimiz,müəllimlərimiz vasitəsiylə yaşadığımız coğrafiyanın mental və mədəni mühitinə uyğun olaraq dünya ilə ilkin tanışlığımız yaranır.məs; bir azərbaycanlı uşaq inəyə süd verən, əti yeyilən bir canlı kimi,bir hindistanlı uşaq isə müqəddəs varlıq kimi yanaşır. Eyni zamanda bizim dünyanı kəşf edərkən öz şəxsi təcrübələrimizə əsaslanaraq öyrəndiklərimiz də var. Məs; ilk dəfə evlərində siçan görən uşaq, (beyin təmamilə neytraldır) onun təhlükəli olduğunu anlamadan ona toxunur,oynayır və onun evcil olduğu qənaətinə gəlir. Və ya təmamilə əksi olur, siçan uşağı dişləyir və uşaq siçandan uz...